Yeni müqavilə üçün  12 milyon   istəyir
09 iyun 2023 13:57 (UTC +04:00)

Yeni müqavilə üçün 12 milyon istəyir

"Barselona" hələlik Xavinin yeni müqavilə ilə bağlı maliyyə tələblərini yerinə yetirməyə hazır deyil.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 43 yaşlı kataloniyalı məşqçi vergilərdən sonra 12 milyon avro maaş tələb edir.

Xavinin və onun bütün məşqçilər korpusunun vergidən əvvəlki maaşları nəzərə alınsa, məbləğ 30 milyon edir.

İndi məşqçi ilə "Barselona"nın mövqeləri bir-birindən çox uzaqdır. Xavinin Kataloniya klubu ilə 2024-cü il iyunun 30-na qədər müqaviləsi var.

Ötən mövsüm "Barsa" çempionluq və İspaniya Superkubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401
avatar

Oxşar yazılar