Yamal Çempionlar Liqasının  əsas favoritini   AÇIQLADI
19 mart 2025 16:53 (UTC +04:00)

Yamal Çempionlar Liqasının əsas favoritini AÇIQLADI

UEFA Çempionlar Liqasında bu mövsümün ilk 1/4 final oyunları aprelin 8-9-da baş tutacaq. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, səkkiz komanda Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına vəsiqələrin qazanalıması uğrunda mübarizəyə başlayacaq.

Çempionlar Liqasının 1/4 final oyunları başlamazdan əvvəl hər bir mütəxəssisin, azarkeşin və sıravi futbolçunun növbəti mərhələyə yüksəlmək üçün favoritlərlə bağlı öz fikri var.

Siyahıya “Barselona”nın hazırkı ulduzu və lider Lamin Yamal da daxil olub. 17 yaşlı istedad komandasının bu mövsüm Çempionlar Liqasını qazanmağa əsas namizəd olduğuna inanır.

"Çempionlar Liqasının favoriti bizik. Qrup mərhələsi başa çatanda mən dedim ki, "Liverpul" favoritdi, çünki onlar birinci idilər, indi isə o, bizik. Biz heç bir rəqibdən qorxmuruq, keçən il PSJ-yə uduzduğumuz komanda deyilik. Hazırda biz bir ailəyik", - Lamin Yamal vurğulayıb. 

İstedadlı futbolçu indi dediklərini nəticələrlə sübut edir. Onun “Barselona”sı indi üç titul uğrunda mübarizə aparır:

• 1/4 finalda olduqları Çempionlar Liqasında;

• “Barselona” La Liqada liderdir də ehtiyatda bir oyunu var.

• İspaniya Kubokunda, burada “Atletiko” ilə yarımfinalın cavab oyunu olacaq.

Lamin özü keçən həftə UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar