Xərçəngdən müalicə olundu, 7 dəqiqəyə  het-trik etdi
14 yanvar 2023 01:35 (UTC +04:00)

Xərçəngdən müalicə olundu, 7 dəqiqəyə het-trik etdi

Bu gün “Borusiya” (Dortmund) “Bazel”lə (İsveçrə) yoxlama matçı keçirib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Almaniya klubunun rəqibini 6:0 hesabı ilə darmadağın etdiyi oyunda Sebastyen Ale diqqət mərkəzinə düşüb. 

2022-ci ilin iyulunda “Borusiya”ya transfer olunan, anası Fil Dişi Sahilindən olan fransalı hücumçuda xərçəng qeydə alınıb. Bundan sonra o, kimyaterapiyadan keçib və 2 dəfə əməliyyat olunub.

Bu ay məşqlərə qayıdan futbolçu bugünkü matçda meydana çıxıb. 61-ci dəqiqədə oyuna daxil olan Ale 7 dəqiqə ərzində het-trik edib. O, matçın sonlarında - 81, 86 və 88-ci dəqiqələrdə fərqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3258
avatar

Oxşar yazılar