“İtaliya” yığmasının Azərbaycanla oyununu yaxşı xatırlayıram”. Apasport.az-ın xəbərinə görə, bunu İtaliya millisinin sabiq müdafiəçisi Canluka Zambrotta deyib.
Məşhur müdafiəçi Bakıda keçirilən Beynəlxalq Futbol Könüllülüyü Forumunda 2004-cü ildə Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan - İtaliya (0:2) oyunundan da danışıb: “Həmin görüşdə komandamız qalib gəlmişdi. İlk qol avtoqol idi. İkinci qolu isə Alesandro del Pyero vurmuşdu. Mən o vaxt Bakıya gəlməmişdim. Amma bilirəm ki, Azərbaycan yığmasına qarşı oynamaq İtaliyaya çətin olmuşdu. Bu dəfə də çətin olacaq”.