Yuri Syomin: "Gələn dəfə penaltiləri ən zəiflərə həvalə edəcəyik"
23 may 2014 00:42 (UTC +04:00)

Yuri Syomin: "Gələn dəfə penaltiləri ən zəiflərə həvalə edəcəyik"

0

“Əvvəla, onu deyim ki, Azərbaycan kubokunun finalı yaxşı təşkil edilmişdi”.

 

 Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan kubokunun final görüşündə “Neftçi”yə məğlub olan “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

 

O, komandasının yaxşı oynadığını bildirib: “Azarkeşlər tərəfindən yaxşı atmosfer yaradılmışdı. Komanda olaraq da pis oynamadıq. Sadəcə penaltilər seriyasında uduzduq”.

 

Syomin Nizami Hacıyevin vaxtı yubatdığı zaman ona əsəbiləşməsinə də aydınlıq gətirib: “Mən Nizami Hacıyevin hərəkətinə əsəbiləşmişdim. Çünki o, meydanda vaxt aparırdı. Əslində o daha yaxşı ötürmə edə bilərdi. Bəlkə də qol olacaqdı”.

 

Rusiyalı mütəxəssis “komandanız arxayın oynadı” sualına isə belə cavab verib: “Biz penaltiləri ən yaxşı hesab etdiyimiz oyunçulara həvalə etmişdik. Onlar vura bilmədi. Marat bugünkü oyunun qəhrəmanı idi. Amma penalti vura bilmədi. Gələn dəfə penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 860

Oxşar yazılar