Yığmamızın hücumçusu oynadı, komandası qazandı
16 may 2013 04:20 (UTC +04:00)

Yığmamızın hücumçusu oynadı, komandası qazandı

Milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası Regionalliqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” səfərdə “Mayns”ın II komandası ilə qarşılaşıb.

Görüşdə “Kayzerslautern” rəqibin 1:3 hesabı ilə məğlub edib. Qarşılaşmada isə Dadaşov meydana start heyətdə çıxıb. Rüfət matçın 58-ci dəqiqəsində komanda yoldaşı ilə əvəzlənib.

Bu qələbədən sonra yığmamızın üzvünün komandası xalını 57-yə çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Qeyd edək ki, Rüfət Dadaşov millimizin mayın 29-da Qətərlə yoldaşlıq görüşü və iyunun 7-də Lüksemburqla seçmə mərhələ oyunu üçün dəvət alıb.
 


 

# 580
avatar

Oxşar yazılar