Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup-2019” turnirinə start verilib.
APA-nın məlumatına görə, Azərbaycan millisi ilk oyununu keçirib.
Joze Alesionun baş məşqçisi olduğu komanda Rusiya yığması ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Millimizin qolunu Edurado vurub.
Qeyd edək ki, Azərbaycan futzalçıları növbəti oyununu sentyabrın 23-də İran millisinə qarşı keçirəcək.