
Yığma komandamız Sloveniyaya səfər edəcək
Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-22 si tarixlərində Optimist və Laser sinifləri üzrə keçirləcək “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak üçün Sloveniyaya səfər edəcək.
Federasiyadan Lent.az-a verilən məlumata görə, yelkənçilərimiz yarışlara başlamazdan əvvəl 14-18 aprel tarixlərində beynəlxalq səviyyəli məşqçi Draqan Gasicin rəhbərliyi ilə təlim məşqlərdə iştirak edəcəklər.
14 ölkədən 447 idmançının qatılacağı yarışlar eyni zamanda Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Azərbaycanı yarışlarda Optimist sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, Laser sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev təmsil edəcəklər.
Oxşar yazılar

Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42