Azərbaycanlı şahmatçı <span style="color:red;">DÜNYA ÇEMPİONU  oldu
12 oktyabr 2019 14:23 (UTC +04:00)

Azərbaycanlı şahmatçı DÜNYA ÇEMPİONU oldu

Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu adını qazanıb.

 

Lent.az xəbər verir ki, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

 

***

 

Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatı davam edir.

 

AZƏRTAC xəbər verir ki, 14 yaşlı şahmatçıların mübarizə apardıqları açıq turnirdə təmsilçimiz Aydın Süleymanlı 10 turun yekununda 8 xal toplayaraq liderliyini qoruyur.

 

Oktyabrın 12-də turnirin 11-ci turunun oyunları keçiriləcək. Şahmatçımız sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzol ilə qarşılaşacaq.

 

 

Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu adını qazanıb.

 

Lent.az xəbər verir ki, Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

 

Altı yaşından şahmatla məşğul olan A.Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutan A.Süleymanlı 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. İstedadlı şahmatçımız 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2149
avatar

Oxşar yazılar