“2016-cı il Ümumdünya Şahmat Olimpiadası tarixdə ən yaxşısı olacaq. Mən buna əminəm”. Lent.az-ın məlumatına görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Ali Nihat Yazıcı öz “Facebook” səhifəsində belə bir status yazıb.
Yazıcının fikrincə, olimpiadanın təşkil olunacağı Bakı o qədər dəyişib ki, indi inanılmaz şəhərə çevrilib: “Elə gözəl, elə müasir şəhərdir ki... Bravo! Mən Bakıya vuruldum”.
Qeyd edək ki, FİDE-nin türkiyəli rəsmisi “Baku Crystal Hall”dan dənizə açılan mənzərəni də paylaşıb.