Valdes "Barsa"nı "Monako"ya dəyişir
17 may 2013 01:09 (UTC +04:00)

Valdes "Barsa"nı "Monako"ya dəyişir

“Barselona” ilə müqavilənin müddətini yeniləmək niyyətində olmayan qapıçısı Viktor Valdes karyerasını “Monako”da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, yeddiqat Fransa çempionları 31 yaşlı qolkipelə yaxından maraqlanırlar. 

“Sport.es” iddia edir ki, Kataloniya klubunun qapıçısı da “Monako”ya keçmək istəyir. Lakin Valdesin “Barsa” ilə müqaviləsinin müddəti 2014-cü ilin 30 iyun tarixində başa çatacaq. “Monako” rəhbərliyi isə Viktoru mövsümün sonunda heyətinə cəlb etmək fikrindədir.

# 788
avatar

Oxşar yazılar