Ulduz futbolçu karyerasını bitirib, məşqçi oldu
18 iyul 2018 19:59 (UTC +04:00)

Ulduz futbolçu karyerasını bitirib, məşqçi oldu

PSJ-nin yarımmüdafiəçisi Tiaqo Motta karyerasını başa vurub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 36 yaşlı sabiq futbolçu artıq məşqçilik fəaliyyətinə başlayıb.

 

Belə ki, o, bundan sonra yenə PSJ-də çalışacaq. İtaliya millisinin keçmiş üzvü parislilərin 19 yaşadək futbolçulardan ibarət komandasına baş məşqçi təyin olunub. Motta artıq bu gün komandasını məşqə çıxarıb.

 

 

Qeyd edək ki, Tiaqo Motta karyerası ərzində “Barselona”, “Atletiko”, “Cenoa”, “İnter” və PSJ-nin formasını geyinib, ümumilikdə 27 kubok qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345
avatar

ApaSport TV

Oxşar yazılar