Ukraynalı idmançılar Soçini tərk edib
21 fevral 2014 03:02 (UTC +04:00)

Ukraynalı idmançılar Soçini tərk edib

Qış olimpiya oyunlarında iştirak edən Ukrayna idimançılarının yarısı  Soçini tərk edib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onlar Kiyevdə və ölkənin başqa şəhərlərində baş verən olaylara öz etirazlarını bu sayaq bildirib.

 

Mənbə bildirib ki, Beynəlxalq Olimpiada Komitəsinin təmsilçisi Mark Adams bir gün öncə bildirmişdi ki, 43 nəfərdən ibarət olan Ukrayna komandası vətənə dönməyi qərara alıb.

 

«Den» qəzetinin məlumatına əsasən, Ukrayna Milli Olimpiya komandasının üzvləri Oleq və Boqdan matsetskilər bildirib ki, ölkə prezidenti Viktor Yanukoviçini əməlindən hiddətlənərək, Soçini tərk ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar