Ukrayna idmançıları Soçini tərk edir
20 fevral 2014 13:43 (UTC +04:00)

Ukrayna idmançıları Soçini tərk edir

Ukraynanın bir neçə idmançısı Kiyev və ölkənin digər şəhərlərində böhranın dərinləşməsi ilə əlaqədar XXII Qış Olimpiya Oyunlarının keçirildiyi Soçini tərk edib. Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Mark Adams açıqlama verib.

 

Lakin o, Ukraynaya neçə idmançının qayıtmağı qərara aldığını deməyib. Adams bildirib ki, Ukrayna Olimpiya Komitəsinin prezidenti Sergey Bubka yığma üzvlərinə tam seçim imkanı verib.  Ümumilikdə ölkənin olimpiya millisində 43 idmançı yer alıb. 

 

Qeyd edək ki, Kiyevdəki kütləvi çaxnaşmalara rəğmən, Ukrayna Olimpiya Komitəsi ölkə yığmasının Soçi olimpiadasında çıxışlarını davam etdirəcəyini bildirib. Komitə rəsmiləri həmyerlilərini silahlı toqquşmaları dayandırmağa çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Oxşar yazılar