UEFA klublarımıza məktub göndərdi
08 iyul 2013 14:09 (UTC +04:00)

UEFA klublarımıza məktub göndərdi

UEFA 2013/14 mövsümündən dopinq nəzarətini gücləndirəcək. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Bildirilir ki, UEFA-nın üzvü olduğu milli assosiasiyalara və turnirlərin iştirakçıları olan komandalara bununla bağlı yeniliklər haqda göndərdiyi sirkulyar məktubda məlumatlandırıb. Belə ki, Mişel Platininin başçılıq etdiyi təşkilat bunadək futbolçulardan qan analizlərini yalnız 2008 və 2012-ci ildə Avropa çempionatının final mərhələsində götürmüşdü. Bundan sonra qan nümunələri həm turnirlərin gedişində, həm də ondan kənarda yoxlama oyunlarda götürülə bilər. Dopinq nəzarət zamanı isə oyunçunun ya sidiyindən, ya da qanından nümunə götürülməyi nəzərdə tutulub.

Assosiasiyalar və klublar öz futbolçularını və əməkdaşlarını mütləq bunlarla bağlı xəbərdar etməlidir. UEFA-nın məlumatlarına görə, ötən mövsüm qitə miqyaslı turnirlərin matçları zamanı 1000-dən çox götürülən nümunədən heç bir müsbət nəticə verməyib.

# 850
avatar

Oxşar yazılar