Futbolda irqçiliyə çağırışa qarşı UEFA yeni tədbirlər görməyə hazırlaşır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, irqçilik fəaliyyəti göstərən oyunçu azından 10 oyun yaşıl meydanlarında uzaqlaşdırılacaq.
UEFA İcraiyyə Şurasının Londonda keçirilən müşavirəsində irqçi azarkeşlərin də cəzalandırılması nəzərdə tutulub. Belə cəzalardan biri stadionların bağlanmasıdır.
Bundan başqa oyun sahəsində idmançıların zorakılığı və dopinq qəbul etməsinə qarşı da mübarizə tədbirləri açıqlanıb.
Hakimləri və başqa rəsmi məmurları təhqir edən oyunçulara qarşı daha sərt davranılacaq. Belələri çoxlu sayda oyunu buraxmalı olacaq.
UEFA təmsilçisi bildirib ki, gələn mövsümdən qurumun bayrağı altında keçirilən bütün oyunlarda dopinq analizi aparılacaq. Əvvəllər bu tədbir yalnız Avropa çempionatı çərçivəsində gerçəkləşdirilirdi.