UEFA “Real” və “Atletiko”-nun intizam məsələsini araşdırır
28 may 2014 07:11 (UTC +04:00)

UEFA “Real” və “Atletiko”-nun intizam məsələsini araşdırır

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) çempionlar liqasının final oyununda Madrid klubları “Real” və “Atletiko”nun intizam məsələsini araşdırmağa başlayıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, “Real”-a qarşı araşdırma aşağıdakı maddələr üzrə aparılır: komandanın intizamsız davranışı (5 sarı kart), tərəfdarların pirotexnikadan istifadəsi, oyundan çıxarılmasına baxmayaraq, oyun zamanı Habi Alonsonun  texniki zonanı tərk etməsi.

 

“Atletiko” isə bu məsələlərdə suçlu bilinir: komandanın intizamsız davranışı (5 sarı kart), tərəfdarların pirotexnikadan istifadə etməsi, baş məşqçi Dieqo Simeonenin davranışı.

 

UEFA-nın nəzarət –intizam qurumu bu işlərə iyulun 17-də baxacaq.

 

Xatırladaq ki, final oyunun mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonun “Da Luj” stadionunda keçirilib. “Real” “Atletiko”-nu 4:1 hesabı ilə məğlub edərək, 10-cu dəfə çempionlar liqasının qalibi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134
avatar

Oxşar yazılar