UEFA “Fənərbağça”nı cəzalandırdı
08 may 2013 19:45 (UTC +04:00)

UEFA “Fənərbağça”nı cəzalandırdı

UEFA Türkiyənin “Fənərbağça” klubunu 10 min avro cərimələyib. Lent.az-ın məlumatına görə, buna “sarı-lacivərdlilər”in Çexiya “Viktoriya”sı ilə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə keçirdiyi oyun zamanı baş verən olaylar səbəb olub.

 

Martın 7-də keçirilmiş qarşılaşmada türk fanatlar stadionun fövqəladə çıxış qapılarını açmağa cəhd ediblər. Həmin oyunda “Fənərbağça” 1:0 hesabı ilə qalib gəlib.

 

# 850
avatar

Oxşar yazılar