UEFA-dan “Qalatasaray”a ağır cəza
06 may 2014 17:47 (UTC +04:00)

UEFA-dan “Qalatasaray”a ağır cəza

UEFA “Qalatasaray” futbol klubunu 200 min avro məbləğində cərimələyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 60 milyon dollarlıq transfer büdcəsi həddiniaşdığı üçün UEFA Türkiyə klubunu cəzalandırıb. “Qalatasaray” rəsmiləri xəbəri təsdiqləyib.

 

UEFA Fransanın “PSJ” və İngiltərənin “Mançester Siti” futbol klublarını isə 60 milyon avro məbləğində cərimələyib. Pul cəzasından başqa hər iki kluba Çempionlar Liqasında futbolçu məhdudiyyəti tətbiq olunması da gündəmdədir.


UEFA “Financial Fair Play”da 76 klubdan əlavə məlumat tələb edib və 9 klub haqda araşdırma müddətinin uzadılmasına qərar verib. Bu 9 kluba müəyyən cəzalar təklif olunmuşdu və klublardan veriləcək cavablara görə qərarın bu həftə açıqlanması gözlənilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2197
avatar

Oxşar yazılar