
Üç şahmatçımız dünya kubokunda
Sentyabrın 15-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsində tay-breyk partiyalarına start verilib.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezlə, Eltac Səfərli isə hindistanlı Sarin Nihala tay-breykdə mübarizə aparır.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya kuboku yarışlarında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.
Dünya kubokunun finalına adlayan şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, təşkilatçıların xüsusi dəvətnaməsi olacağı təqdirdə, turnirin bürünc mükafatçısı da belə bir hüquqa yiyələnə bilər.
Dünya kuboku yarışları oktyabrın 4-dək davam edəcək. Turnirin mükafat fondu 1,6 milyon dollardır.
(AZƏRTAC)
Oxşar yazılar

Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21