Türkiyəli məşhur atlet 2 il yarışlardan uzaqlaşdırıldı
31 mart 2016 13:47 (UTC +04:00)

Türkiyəli məşhur atlet 2 il yarışlardan uzaqlaşdırıldı

Türkiyənin milliləşdirdiyi atlet Elvan Abeylegessə dopinq qəbul etdiyinə görə 2 il  idmandan uzaqlaşdırılıb.

 

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə Nizam İntizam Komitəsi atleltin qanında dopinq aşkarlanması ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb. Komitə həmin araşdırmanı Beynəlxalq Atletizm Fedariyasına göndərib. Nəticədə idmançının iki il müddətə yarışlardan uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.  

 

Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində keçirilən beynəlxalq yarış zamanı türkiyəli atlet Elvan Abeylegessenin qanında qanunsuz maddələr aşkarlanıb və araşdırma zamanı ateltin dopinqdən istifadə etdiyi ortaya çıxıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar