Türkiyə Regional Həvəskarlar Liqasının 5-ci qrupunda oynanan “Ərdəmli Bələdiyyəspor” – “Akşəhərspor” oyunu yarımçıq dayandırılıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb yerli azarkeşlərin qonaq futbolçulara hücum çəkməsi olub.
Liqada qalmaq üçün mübarizə aparan ev sahibləri oyunun sonlarında 1:2 hesablı geri düşərkən yerli fanatlar komandalarının bu uğursuzluğunun həzm edə bilməyiblər. Meydana doluşan və “Akşəhərspor”lu futbolçulara hücum edən fanatlara polis müdaxilə etməli olub.
Kütləvi davanı ayırmaq üçün polislər silahdan havaya atəş açmağa məcbur olublar. Hakimlər isə matçın qalan dəqiqələrini oynatmayıblar. Baş verən insidentdə qonaq komandanın bir futbolçusunun yaralandığı bildirilir.