Türkiyənin “Bursaspor” futbol klubunun prezidenti İbrahim Yazıcı vəfat edib. Lent.az-ın məlumatına görə, bir müddət öncə infarkt keçirən Yazıcı müalicə aldığı “Acıbadem” xəstəxanasında günorta saatlarında keçinib.
Həkimlərin səylərinə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, İbrahim Yazıcı 1948-ci ildə Bursada doğulub. Yazıcı 2007-ci ildən “Bursaspor”un prezidenti idi. Onun rəhbərliyi dövründə “timsahlar” tarixində ilk dəfə Türkiyə çempionu olub.