Türk futbolçu Premyer Liqada
02 iyun 2016 01:18 (UTC +04:00)

Türk futbolçu Premyer Liqada

0

Almaniya milli komandasının və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan yeni mövsümdən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, 25 yaşlı türk futbolçu “Mançester Siti” ilə anlaşıb.

 

Artıq klublar arasında razılaşma əldə olunub. İlkayın keçidi mançesterlilərə 26 milyin avroya başa gələcək. “Borussiya” bu transferdən bonuslarla birlikdə 29 milyona qədər qazana biləcək.

 

Qeyd edək ki, yaxın günlərdə dizindən zədə alan və əməliyyat olan, bununla da Avropa çempionatını və yeni mövsümün start turlarını buracaq olması belə Gündoğanın transferini əngəlləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar