Toşak ümid verdi: "Azarkeşlərin fəxr edəcəyi komandam olacaq"
19 may 2013 03:19 (UTC +04:00)

Toşak ümid verdi: "Azarkeşlərin fəxr edəcəyi komandam olacaq"

“Bir neçə gün sonra bu mövsümün son ev oyununu keçirəcəyik. Ona görə də bəzi məqamlar var ki, bunları bölüşməyin vaxtıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssis Topaz Premyer Liqasının “Rəvan”la keçiriləcək son oyunu ərəfəsində klubun rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət edib: “Mən, ilk növbədə azarkeşlərə minnətdaram. Onlar komandamızın cari mövsümdə uğursuz qrafik cızmasına rəğmən, daim bizə dəstək oldular. Ən vacib məqamda, ölkə kubokunun yarımfinalında komandamıza cox gərəkli olan möhtəşəm dəstəyi verdilər. Bundan başqa Lənkəranın insanları, stadionumuzun bütün kollektivi və o cümlədən klub rəhbərliyi mənə daha tez uyğunlaşmaqda yardımçı oldular. Bu məsələdə söz yox ki, onların isti münasibəti həlledici oldu. Buna görə də hər kəsə minnətdaram. Qarşıdakı mövsüm üçün indidən tərtib etdiyimiz müəyyən planlar var. Əminliklə deyirəm ki, planlarımızı, niyyətlərimizi həyata keçirə bilsək azarkeşlərin çox fəxr edəcəyi bir komanda quracağıq. Mən, bu müraciəti etməklə sadəcə son ev oyunu öncəsi sadiq azarkeşlərimizə bir daha “çox sag ol” deməyi vacib saydım. Sizi həmişə yanımızda görmək bizə çox vacib və xoşdur!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178
avatar

Oxşar yazılar