Topaz Premyer Liqasında yenilik
16 may 2013 19:38 (UTC +04:00)

Topaz Premyer Liqasında yenilik

 

Futbol üzrə Topaz Premyer Liqasının XXXII turuna hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi qarşıdakı turda yeniliyə əl atıb.

Artıq çempionluğu təmin etmiş “Neftçi” ilə “Bakı” arasında keçiriləcək qarşılaşmada 6 hakim iş başında olacaq. Baş hakim Rauf Cabbarova Yaşar Abbasov və Namiq Hüseynov yan xətt, Ömər Paşayev ehtiyat hakim qismində yardımçı olacaqlar. Fariz Yusifovla Orxan Məmmədov isə əlavə hakimlər kimi qapılar arxasından oyun qaydalarına nəzarət edəcəklər.

Qeyd edək ki, qarşıdakı oyunlara futbol və futzal üzrə FİFA referiləri Anar Salmanovla Elçin Məmmədov təyinat almayıb. Bu isə onlara tətbiq olunan cəza ilə bağlıdır.

19 may (bazar)

 

16:00. “İnter” (Bakı) – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Elvin Əsgərov
Bakı, “Şəfa” stadionu

 

18:00. “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, İsgəndər Əliyev, Sərxan İsmayılov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

 

20:30. “Neftçi” (Bakı) – “Bakı”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev
Əlavə köməkçilər: Fariz Yusifov, Orxan Məmmədov
Bakı, “Bakcell Arena”

 

20 may (bazar ertəsi)

 

18:00. AZAL (Bakı) – “Kəpəz” (Gəncə)
Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Elşən Acalov, Feyzulla Feyzullayev
Bakı, “AZAL Arena”

 

18:00. “Turan” (Tovuz) – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Akif Əmirəli, Ziya Nəsirov
Bakı, “Dalğa Arena”

 

19:00. “Xəzər Lənkəran” – “Rəvan” (Bakı)
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Azər Əsgərov, Tahir Əhmədov
Lənkəran şəhər mərkəzi stadionu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067
avatar

Oxşar yazılar