Futbol üzrə Topaz Premyer Liqasının V turunda sürpriz nəticələr qeydə alınıb. Lent.az-ın məlumatına görə, yayda Azərbaycandan kənarda təlim-məşq toplantısı keçməyən və büdcəsi 2,5 dəfə azaldılan AZAL liderliyi ələ alıb.
Özü də baş məşqçi Vaqif Sadıqovun komandası çempionatın lideri və əvvəlki 4 görüşünün hamısını qələbə ilə başa vurmuş “Qarabağ”ı səfərdə yenib. Məhz şəxsi oyundakı qələbə sayəsində AZAL 1-ci pilləyə qalxıb.
“Neftçi” isə turu böyük hesablı məğlubiyyətlə başa vurub. Flaqman ilk 2 matçında uduzmuş “Bakı” önündə aciz qalıb. Bu oyun paytaxtın eyniadlı təmsilçisinin yerli futbolçusu Əfran İsmayılovun benefisi ilə əlamətdar olub. İsmayılov özü fərqlənməklə yanaşı, komanda yoldaşlarına məhsuldar ötürmə verib.
“İnter” kiçik qardaşı sayılan “Simurq”a öz meydanında uduzub. Paytaxt klubu yenə hesabda önə çıxdığı halda, qapısında 2 qol görüb. “Rəvan” bu mövsüm ilk qələbəsini “Sumqayıt” üzərində qazanıb. “Xəzər Lənkəran” isə “Qəbələ”yə uduzaraq, qələbəsiz yeganə komandaya çevrilib və son pilləyə yuvarlanıb.
1 sentyabr (bazar)
“Qarabağ” (Ağdam) – AZAL (Bakı) – 0:1
Qol: Branislav Arsenyeviç, 21
“İnter” (Bakı) – “Simurq” (Zaqatala)
Qollar: İlqar Ələkbərov, 31 - Draqan Çeran, 78; Raul Kostin, 89
31 avqust (şənbə)
“Sumqayıt” – “Rəvan” (Bakı) – 0:1
Qol: Kamil Nurəhmədov, 50
Qırmızı vərəqə: Ramazan Abbasov, 89
“Qəbələ” – “Xəzər Lənkəran” – 2:0
Qollar: Leonardo da Silva, 38; Lorenzo Ebesilio, 61
“Bakı” – “Neftçi” (Bakı) – 3:0
Qırmızı vərəqələr: Cavid Hüseynov, 48. Aqil Məmmədov, 49 (hər ikisi “Bakı”)
Qollar: Rauf Əliyev, 11. Əfran İsmayılov, 32. Mario Alvares, 68
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
1 |
AZAL |
5 |
4 |
0 |
1 |
6-5 |
12 |
2 |
Qarabağ |
5 |
4 |
0 |
1 |
10-3 |
12 |
3 |
Neftçi |
5 |
3 |
1 |
1 |
7-4 |
10 |
4 |
Qəbələ |
5 |
3 |
0 |
2 |
8-6 |
9 |
5 |
Bakı |
5 |
3 |
0 |
2 |
12-3 |
9 |
6 |
Simurq |
5 |
2 |
1 |
2 |
4-5 |
7 |
7 |
Sumqayıt |
5 |
1 |
1 |
3 |
4-9 |
4 |
8 |
İnter |
5 |
1 |
0 |
4 |
10-10 |
3 |
9 |
Rəvan |
5 |
1 |
0 |
4 |
2-14 |
3 |
10 |
Xəzər L |
5 |
0 |
3 |
2 |
1-5 |
3 |
Bombardirlər: Cavid Hüseynov, Mindauqas Kalonas (“Bakı”), Bahodir Nasimov (“Neftçi”), Çumbinyo (“Qarabağ”), Viktor İqbekoyi (AZAL), Baçana Tsxadadze (“İnter”) – hamısı 3 qol.