Futbol üzrə Topaz Premyer Liqasında XXXII turun oyunları fərqli saatlarda başlanacaq. Lent.az-ın məlumatına görə, səbəb son turun formal xarakter daşımasıdır.
Ötən tur “Neftçi” çempionluğunu, “Qarabağ” vitse-çempionluğunu, “İnter” isə 3-cü yeri rəsmiləşdirib. Hətta Premyer Liqanı tərk edəcək 2-ci komanda da müəyyənləşib. Bu, Tovuzun “Turan” klubudur.
Beləliklə, qarşıdakı tura mayın 19-da ilk, ertəsi gün isə ikinci “6-lıq”da keçiriləcək oyunlarla yekun vurulacaq:
19 may (bazar)
16:00. “İnter” (Bakı) – “Qəbələ”
Bakı, “Şəfa” stadionu
18:00. “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
20:30. “Neftçi” (Bakı) – “Bakı”
Bakı, “Bakcell Arena”
20 may (bazar ertəsi)
18:00. AZAL (Bakı) – “Kəpəz” (Gəncə)
Bakı, “AZAL Arena”
18:00. “Turan” (Tovuz) – “Sumqayıt”
Bakı, “Dalğa Arena”
19:00. “Xəzər Lənkəran” – “Rəvan” (Bakı)
Lənkəran şəhər mərkəzi stadionu.