Futbol üzrə Topaz Premyer Liqasının sonuna 1 tur qalmış bütün önəmli məsələlər həllini tapıb. Lent.az-ın məlumatına görə, XXXI turda “Neftçi” çempionluğunu rəsmiləşdirib.
“Qarabağ” gümüş, “İnter” isə bürünc medalı təmin edib. Flaqman ardıcıl 3-cü mövsümü birinci pillədə başa vurmaqla yanaşı, ötən mövsüm olduğu kimi yenə Azərbaycan Kubokunun finalında oynayacaq. Lakin bu dəfə rəqib “Bakı” yox, hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşan “Xəzər Lənkəran” olacaq.
Digər tərəfdən, Avropa kuboklarına vəsiqələrin taleyinə də tam aydınlıq gəlib. “Neftçi” Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Flaqman mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” “ağ-qaralar”la mayın 28-də keçiriləcək oyunun nəticəsindən asılı olmayaraq, Avropa Liqasında mübarizə aparacaq. Gümüş mükafatçı “Qarabağ” və bürünc medal qazanan “İnter” də Avroliqada yarışacaq. Hər 3 klub I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Digər tərəfdən, Premyer Liqanı tərk edən daha bir klub məhz XXXI turda müəyyənləşib. Bu, Tovuzun “Turan” komandasıdır. “Turan”ı I diviziona yuvarladan isə hələ XXVI turda elita ilə vidalaşan “Kəpəz” olub.
XXXI tur həm də qırmızı vərəqələrin bolluğu ilə yadda qalıb. 6 qarşılaşmanın 4-də üst-üstə 5 futbolçu meydandan qovulub.
14 May
“Rəvan” (Bakı) – AZAL (Bakı) – 3:5
Qollar: Nikolay Orlovski, 28. Miloş Adamoviç, 41. Ramazan Abbasov, 52 - Ruslan Tağızadə, 12. Viktor İqbekoyi, 31. Tagim Novruzov, 63. Junior Nildo, 66; 75 – penalti ilə
Qırmızı vərəqə: Nikolay Orlovski, 85 (“Rəvan”)
“Simurq” (Zaqatala) – “İnter” (Bakı) – 1:0
Qol: Zdravko Popoviç, 39 – penalti ilə
Qırmızı vərəqələr: Nicat Qurbanov, 54 - Vladimir Levin, 74
“Qəbələ” – “Neftçi” (Bakı) – 1:1
Qollar: Yannik Kamanan, 72 - Rəşad Sadiqov, 14
İstifadə olunmamış penalti: Lurival Assis, 32 (“Qəbələ”)
“Qarabağ” (Ağdam) – “Bakı” – 3:1
Qollar: Muarem Muarem, 38. Vüqar Nadirov, 58. Denis İvanov, 73 – öz qapısına - Mario Rubio, 18
Qırmızı vərəqə: Rauf Əliyev, 84 (“Qarabağ”)
13 may
“Turan” (Tovuz) – “Kəpəz” (Gəncə) – 3:5
Qollar: Asəf Qədiri, 44 – penalti ilə. Salif Ballo, 59; 87 - Pərvin Paşayev, 46; 68; 76 – penalti ilə. Bujamin Asani, 51. Vladislav Serebryakov, 83
“Sumqayıt” – “Xəzər Lənkəran” – 1:0
Qol: Ruslan Qurbanov, 14
Qırmızı vərəqə: Adrian Skarlatake, 61 (“Xəzər Lənkəran”)
Turnir cədvəli:
|
komanda |
o |
q |
h |
m |
t |
x |
1 |
Neftçi |
31 |
19 |
5 |
7 |
59-31 |
62 |
2 |
Qarabağ |
31 |
16 |
10 |
5 |
43-26 |
58 |
3 |
İnter |
31 |
15 |
9 |
7 |
37-22 |
54 |
4 |
Simurq |
31 |
12 |
11 |
8 |
32-26 |
47 |
5 |
Bakı |
31 |
8 |
14 |
9 |
32-27 |
38 |
6 |
Qəbələ |
31 |
11 |
7 |
13 |
32-39 |
38 |
AZAL |
31 |
15 |
9 |
7 |
53-32 |
54 |
|
8 |
Xəzər L |
31 |
10 |
10 |
11 |
39-35 |
40 |
9 |
Rəvan |
31 |
11 |
4 |
16 |
44-53 |
37 |
10 |
Sumqayıt |
31 |
9 |
8 |
14 |
30-47 |
35 |
11 |
Turan |
31 |
7 |
6 |
18 |
32-58 |
27 |
12 |
Kəpəz |
31 |
5 |
4 |
22 |
23-60 |
19 |
Bombardir: Nikolas Kanales (“Neftçi”) - 26 qol.
Son turun görüşləri mayın 19-da və 20-də keçiriləcək. İlk oyun günündə “Neftçi” “Bakı”nı, “İnter” “Qəbələ”ni, “Qarabağ” “Simurq”u, ertəsi gün “Turan” “Sumqayıt”ı, “Xəzər Lənkəran” “Rəvan”ı, “AZAL isə “Kəpəz”i qəbul edəcək.