Topaz Premyer Liqası: 5 qırmızı, 15 qol – NƏTİCƏLƏR - TURNİR CƏDVƏLİ
22 aprel 2013 10:59 (UTC +04:00)

Topaz Premyer Liqası: 5 qırmızı, 15 qol – NƏTİCƏLƏR - TURNİR CƏDVƏLİ

Futbol üzrə Topaz Premyer Liqasında XXVII tura yekun vurulub. Lent.az-ın məlumatına görə, lider “Neftçi” növbəti qələbəsini “Qəbələ” üzərində qazanıb.

 

Flaqman hesabda geri düşməsinə baxmayaraq, matçı öz xeyrinə dəyişməyi bacarıb. Oyun gərgin mübarizə şəraitində keçib. Baş hakim Əliyar Ağayev “Qəbələ”dən Aleksandr Çertoqanov, “Neftçi”dən isə Flavinyoya qırmızı vərəqə göstərərək, hər iki komandanı azlıqda qoyub.

 

“İnter” “kiçik qardaş”ı “Simurq”u darmadağın edib. Zaqatala təmsilçisi paytaxt komandasına müqavimətsiz təslim olub. Prosesi ilk yarıda qonaqların azlıqda qalması daha da sürətləndirib. Bundan sonra daha 4 qol vuran “İnter” böyük hesabla qalib gəlib – 5:0.

 

Lakin paytaxt təmsilçisi 2-ci pilləyə yüksələ bilməyib. Buna “Qarabağ”ın səfərdə “Bakı”ya minimal hesabla qalib gəlməsi səbəb olub. Yeganə qol baş hakim Ramil Diniyevin şübhəli penalti qərarından sonra Riçard Almeyda vurub.

 

“İlk 6-lıq”dakı bu nəticələrdən sonra “Bakı” və “Qəbələ”nin çempionatı medalsız başa vuracaqları dəqiqləşib. İndi yalnız “Neftçi”, “Qarabağ”, “İnter” və “Simurq” ən azı bürünc medal uğrunda yarışa bilər.  

 

Hesabat turunda futbolçulara 5 qırmızı vərəqə göstərilib. 2 matçda hərəyə 2, 1 görüşdə isə 1 oyunçu meydandan qovulub. Qapılara isə üst-üstə 15 qol vurulub. 

 

 

 

19 aprel (cümə)

 

“Kəpəz” (Gəncə) – “Turan” (Tovuz) – 0:1

Qol: Salif Ballo, 51

 

AZAL (Bakı) – “Rəvan” (Bakı) – 3:2

Qollar: Junior Nildo, 5. Con Oluremi, 58; 84 - Ramazan Abbasov, 68. Mindauqas Kalonas, 90+3

 

20 aprel (şənbə)

 

“İnter” (Bakı) – “Simurq” (Zaqatala) – 5:0

Qollar:  Yuri Fomenko, 4; 44. Daniel Genov, 37; 64. Ramil Mansurov, 59

Qırmızı vərəqə: Mario Bojiç, 30 (“Simurq”)
 

21 aprel (bazar)

 

“Bakı” – “Qarabağ” (Ağdam) – 0:1

Qol: Riçard Almeyda, 87 – penalti ilə 

 

“Neftçi” (Bakı) – “Qəbələ” – 2:1

Qollar:  Denis Silva Kruz, 53. Nikolas Kanales, 69 - Rodriges Assis, 15

Qırmızı vərəqələr: Flavio Aleks Valensio, 66 - Aleksandr Çertoqanov, 65
 

“Xəzər Lənkəran” – “Sumqayıt” – 0:0

Qırmızı vərəqələr: Dimitrios Sialmas, 90+2 - Taner Taktak, 86

 

Turnir cədvəli:

 

İlk “6-lıq”

 

N

Komandalar

O

Q

H

M

T

X

1

Neftçi

27

17

3

7

53-28

54

2.

Qarabağ

27

14

9

4

37-23

51

3.

İnter

27

14

8

5

35-18

50

4.

Simurq

27

10

10

7

27-23

40

5.

Bakı

27

7

14

6

24-20

35

6.

Qəbələ

27

9

7

11

30-34

34

İkinci “6-lıq”

7.

AZAL

27

11

9

7

43-29

42

8.

Rəvan

27

10

4

13

38-41

34

9.

Xəzər Lənkəran

27

8

10

9

37-32

34

10.

Sumqayıt

27

7

8

12

25-44

29

11.

Turan

27

7

6

14

29-49

27

12.

Kəpəz

27

2

4

21

14-55

10

Bombardir: Nikolas Kanales (“ Neftçi ”) - 22 qol.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Oxşar yazılar

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

“Qalatasaray” Ziyeşlə müqavilə İMZALADI

28 iyun 2024 , 23:49
Serbiya millisinin qapıçısı barda dava saldı

Serbiya millisinin qapıçısı barda dava saldı

28 iyun 2024 , 19:25
Ərəb klubu ona hər mövsüm üçün  20 milyon təklif edir 

Ərəb klubu ona hər mövsüm üçün 20 milyon təklif edir 

28 iyun 2024 , 15:56
Çempion yarışa bir neçə gün qalmış  öldü

Çempion yarışa bir neçə gün qalmış öldü

28 iyun 2024 , 14:05
72 yaşlı idmançı dopinqə görə  diskvalifikasiya edildi

72 yaşlı idmançı dopinqə görə diskvalifikasiya edildi

28 iyun 2024 , 12:17
Azərbaycanda bu idmançılara təqaüd veriləcək

Azərbaycanda bu idmançılara təqaüd veriləcək

28 iyun 2024 , 10:14
MMA seks simvolundan erotik FOTOLAR

MMA seks simvolundan erotik FOTOLAR

28 iyun 2024 , 00:34
Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

27 iyun 2024 , 19:23