Brüsseldə baş vermiş terror aktlarına görə martın 29-da keçirilməli olan Belçika - Portuqaliya yoxlama oyununun təxirə salınması barədə xəbərlər yayılmışdı. Apasport.az saytının məlumatına görə, iki ölkənin futbol federasiyasının və UEFA nümayəndəsinin qatıldığı görüşdə oyunun keçirilməsi qərarlaşdırılıb.
Belə ki, qarşılaşma təyin olunmuş vaxtda, ancaq Brüsseldə yox, Portuqaliyanın Leyria şəhərində baş tutacaq.
Bir müddət öncə, Fransanın paytaxtı Parisdə baş vermiş terror aktından sonra, Belçika - İspaniya və Almaniya - Hollandiya oyunları təxirə salınmışdı.
15:56
Belçika Futbol Federasiyası Belçika- Portuqaliya arasında planlaşdırılan dostluq oyunun baş verən terror hadisələri və təhlükəsizlik baxımından təxirə salındığını açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, oyunun 29 mart da keçirilməsi nəzərdə tutulurdu.