Terim qızına toy edir
27 sentyabr 2013 12:29 (UTC +04:00)

Terim qızına toy edir

Türkiyə Milli komandasının baş məşqçisi, üç gün öncə “Qalatasray” komandasından qovulan Fatih Terim qızına toy etməyə hazırlaşır.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, modelyer Buse Terim “Fənərbaxça” klubunun futbolçusu Əmrə Bələzoğlunun xalası oğlu Volkan Bahçekapılı ilə evlənməyə qərar verib.

 

Atası və anasının razılığını alan Buse Terim toy hazırlığına başlayıb.

 

Qeyd edək ki, Buse Terim keçən il  “Best Model of Turkey” müsabiqəsində birinci yeri tutan Berk Atanla eşq yaşayıb, ancaq atası Fatih Terim bu münasibətlərə mənfi baxdığı üçün cütlük yollarını ayırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1792
avatar

Oxşar yazılar