Tahir Gözəl: “Rudar” istəyinə nail oldu
16 iyul 2015 01:34 (UTC +04:00)

Tahir Gözəl: “Rudar” istəyinə nail oldu

0
"Rəqib bu gün nə özünə fürsət yaratdı, nə də bizə oynamağa imkan verdi. Aydın idi ki, onlar Bakıya heç-heçə üçün gəlmişdilər. Bu istəklərinə də nail oldular". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Monteneqro klubu "Rudar"la qarşılaşan "Qarabağ" ilk sınaqdan qolsuz bərabərliklə ayrılıb.

 

Bu görüşdən sonra Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.

 

O bildirib ki, cavab görüşündə "Qarabağ"dan qələbə gözləyir: "Məncə, "Qarabağ" bu gün pis oynamadı, yaxşı oynadı. İnşallah, diqqətimizi cavab matçına yönəldəcəyik. Futbolda asan rəqib yoxdu. Avrokubok oyunları, doğrudan da, çox çətindi. Məşqçilər heyəti rəqibimizi bir daha təhlil edəcəklər. Mən "Qarabağ"a inanıram. Matçdan sonra paltardəyişmə otağına girərək, futbolçulara ruh yüksəkliyi verdim. Dedim ki, inşallah, səfərdən qələbə ilə qayıdın və qaçqınlarımızı sevindirin. Növbəti həftəni gözləyirəm. Monteneqrodakı görüşdə "Rudar" fərqli oyun göstərməlidi. Çünki onlar da mərhələ adlamaq istəyəcəklər. Bu mənada, cavab qarşılaşması daha maraqlı və çətin olacaq".

  

Yeni transferlərin oyununa da toxunan Gözəl onlara vaxt verilməli olduğunu qeyd edib: "Bu gün 4 oyunçumuz ilk matçına çıxırdı. Əlbəttə ki, bu, onlarda həyəcan yaradırdı. Bununla belə, yaxşı oynadıqlarını düşünürəm. Fikrimcə, oyundan-oyuna daha faydalı olacaqlar. Yeni transferlərimizə bir qədər vaxt vermək lazımdı. Fikir verdinizsə, "Qarabağ" matçboyu rəqibin cərimə meydançasında oldu. Klub rəhbəri kimi deyirəm ki, yeni transferlərimizə inanıram".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar