Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışları başa çatıb.
Yığmamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, 13 ölkə arasında ən yaxşı nəticə göstərib.
Taekvondoçularımızdan Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) Avropa Oyunlarını çempion kimi başa vurublar. Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) “bürünc”lə kifayətlənib.
Lent.az Taekvondo yarışlarından ən maraqlı fotoları təqdim edir.
Fəxrəddin Abdullayev
Ramil Zeynalov


































