Syomin və Pantiç AFFA-dakı iclasa getmədi
12 fevral 2014 18:04 (UTC +04:00)

Syomin və Pantiç AFFA-dakı iclasa getmədi

AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüşüb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüşə baş məşqçilərdən Qurban Qurbanov (“Qarabağ”), Böyükağa Hacıyev (“Neftçi”), Kaxaber Tsxadadze (“İnter”), Mustafa Dənizli (“Xəzər Lənkəran”), Georgi Çixradze (“Simurq”), Vaqif Sadıqov (AZAL), Güvenç Kurtar (“Rəvan”) və Aqil Məmmədov (Sumqayıt) qatılıb.

 

Əvəzində “Qəbələ”nin baş məşqçisi Yuri Syomin və onun “Bakı”dakı həmkarı Milinko Pantiç tədbirdə iştirak etməyib. Görüşdə milli komandanın baş məşqçisinin köməkçiləri, AFFA-nın texniki direktoru, müxtəlif yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləri və klub rəsmiləri də olub. AFFA İcraiyyə Komitəsinin (İK) Topaz Premyer Liqasının 2014-2015-ci il mövsümü üçün legioner limiti barədə qəbul etdiyi qərarla əlaqədar məşqçilər fikirlərini bildirib, İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub. Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar