“Yuri Syomin artıq Bakıya gəlib. O bu gün klub prezidenti Tale Heydərovla görüşəcək”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Moskva “Lokomotiv”inin və Kiyev “Dinamo”sunun sabiq çalışdırıcısı artıq ölkəmizdədir. Təcrübəli məşqçi bu gün “Qəbələ”nin oyununu da izləyəcək.
Nəcəfovun sözlərinə görə, Syomin çalışdıracağı komandanın potensialını öz gözləri ilə görmək istəyir: “Yuri Pavloviç bu gün Biləcəridə olacaq. O, komandamızın “Bakı” ilə keçirəcəyi görüşü tribunadan izləyəcək. Sonra o, klub prezidenti ilə danışıqlar masası arxasına əyləşəcək. Tərəflər razılığa gələ bilsə, o zaman Syomin bu gün Qəbələyə yola düşəcək. Ola bilsin ki, rusiyalı məşqçi bu gün turun mərkəzi qarşılaşması olan “İnter” – “Qarabağ” oyununa da stadiondan tamaşa etsin. Amma bu hələ dəqiq deyil”.
Syomin Bakıdadır
940