“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin yeni klubu müəyyənləşib. Lent.az-ın məlumatına görə, qol.az “Sport-eskpress” qəzetinə istinadən 67 yaşlı mütəxəssis yeni mövsümdən Rusiya Premyer Liqasında yarışacaq “Mordoviya”ya rəhbərlik edəcəyini yazıb
Syomin qəzetin müxbiri ilə söhbətində Saransk şəhərini təmsil edən klubun prezidenti Sergey Siuşovla görüşdüyünü və razılığa gəldiklərini təsdiqləyib.
“Yaxın vaxtlarda “Mordoviya”nın baş məşqçisi olacağam. Bununla bağlı məsələyə bu gün nöqtə qoyulacaq” – deyə o bildirib.