Sularda Xilasetmə Çoxnövçülüyü üzrə çempionat keçirilib
13 iyun 2014 15:58 (UTC +04:00)

Sularda Xilasetmə Çoxnövçülüyü üzrə çempionat keçirilib

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun iyunun 12-13-nə nəzərdə tutulan çempionatı keçirilib. FHN-dən Lent.az-a verilən xəbərə görə, Sularda Xilasetmə Çoxnövçülüyü üzrə keçirilən çempionatda nazirliyin 19 qurumu birincilik uğrunda mübarizə aparıb.

Komandaların hər birində 4 nəfər iştirakçı yarışıb. İştirakçılar ilk gün Buzovna çimərliyində 4 növ - 20 metr qum üzərində qaçış və quma sancılmış bayrağı götürmək, 90 metr sərbəst qaçış, batan insanı sudan xilas edib sahilə nəql etmək və 50 metr qaçış, 400 metr üzmək və sahilə çıxıb 50 metr finişə çatmaq üzrə güclərini sınayıblar.

Növbəti gün iştirakçılar Dövlət Yanğından Mühafizə Xidmətinin İdman məşq kompleksinin hovuzunda çıxış ediblər.

Bu mərhələ də 4 növ - manikeni suda nəql etmək, 25 metr üzüb manikeni suyun dərinliyindən götürüb və 25 metr geri üzmək, 10 metr məsafəyə ip atıb batan şəxsi özünə tərəf çəkmək, 4 nəfərin birlikdə 50 metr sərbəst üsulla estafet yarışı və 4 nəfərin hər 25 metrdən bir manikeni bir-birinə ötürmək üzrə yarışıblar.

Birinci yerə Dövlət Sularda Xilasetmə Xidməti çıxıb. İkinci və üçüncü yerlər isə müvafiq olaraq FHN-nin Akademiyası və Dövlət Yanğından Mühafizə Xidməti tutub.

FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev qalibləri təbrik edib, onlara fəxri diplom, medal və qiymətli hədiyyələr təqdim edib.

Sularda Xilasetmə Çoxnövçülüyü yarışı FHN tərəfindən 5 ildir keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 686

Oxşar yazılar