Suaresə dişi “baha başa” gəldi
26 iyun 2014 20:39 (UTC +04:00)

Suaresə dişi “baha başa” gəldi

FİFA uruqvaylı futbolçu Luis Suaresi italiyalı  müdafiəçi Giorgio Kellinini  dişlədiyinə görə Dünya Kuboku yarışlarından uzaqlaşdırdı. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, Dünya Kubokunun 9 oyununu buraxacaq.

 

Bundan başqa Suaresə 4 aylığa bütün futbol fəaliyyəti - idman, inzibati və s. qadağan olunub. O, stadiona yalnız tamaşaçı kimi gələ bilər. 

 

Suares 100 min İsveçrə frankı (təxminən 110 min dollar)  məbləğində cərimə də edilib.  

FİFA-nın qərarında bildirilib ki,  belə davranış “heç bir futbol meydanında qəbul oluna bilməz, özəlliklə milyonların izlədiyi Dünya Kubokunda”. 

 

Suares isə iddia edir ki, Kellini onu vurub.

Dünyanın ən yaxşı futbolçularından biri olan Suares həm də ən zorakı futbolçularından biridir.

 

Luis Suaresə Hollandiya mətbuatı “adamyeyən” ləqəbini verib.  Buna səbəb 2010-cu ildə “Ayaks”-da oynayan Suaresin “Eyndhoven”in oyunçusu Otman Bakkalı dişləməsidir.

 

2011-ci ildə İngiltərənin  “Liverpul” klubunda oynayan Suares “Mançester Yunayted”in oyunçusu Patrisia Evraya qarşı irqçi çıxışına görə, 68 min dollar məbləğində cərimə olunub. 

 

2013-cü ildə Suares İngiltərə birinciliyində “Çelsi”nin müdafiəçisi Branislav İvanoviçi dişləyib. Buna görə o, 10 oyun buraxmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473

Oxşar yazılar