Uruqvayın hücumçusu Luis Suares italiyalı müdafiəçi Corcio Kellinin çiynini dişləməsiylə bağlı danışıb. Lent.az-ın xəbərinə görə, oyundan sonra verdiyi açıqlamada, L.Suares özünü müdafiə edib: “Belə şeylər meydanda olur. İkimiz də cərimə meydanında idik. Kellini həm sinəmə, həm də gözümə vurdu”.
L.Suares media nümayəndələrindən belə hadisələrin üstündə çox dayanmamağı da xahiş edib.