ŞOK! İdmançımız  ölkədən qaçdı...Praqada taxta sexində işə düzəldi
23 may 2013 11:43 (UTC +04:00)

ŞOK! İdmançımız ölkədən qaçdı...Praqada taxta sexində işə düzəldi

Azərbaycan millisindən imtina edən bolqarıstanlı ağırlıqqaldıranlar İvan Stoitsovla Boyanka Kostova yeni ölkədə yaşamağa qərar veriblər. Apasport.az saytının məlumatına görə, nişanlı olan cütlük artıq bu məqsədlə vətənlərini tərk ediblər. 

Avtobusla tələm-tələsik Çexiyanın paytaxtı Praqaya yollanan ağır atletlərin əsas məqsədi yeni iş yeri tapmaqdır. Artıq İvanın burada taxta emalı firmasında fəaliyyətə başlayacağı dəqiqləşib. 

Onların Bolqarıstanı tərk etməsinə əsas səbəb isə son günlər Azərbaycan Ağır Atletika Federasiyasının Kostovanı geri qaytarmaq üçün ultimatum verməsidir. Lakin Boyanka və nişanlısı millimizə qayıtmaq fikrindən uzaqdır. Zlatan Vanevin rəhbərliyi altına çıxış etmək istəməyən cütlük Laçezar Kişkilovun milliyə qaytarılmasını tələb ediblər. 

Maraqlıdır ki, idmançılar Çexiyaya qaçmazdan öncə Bolqarıstan və Azərbaycan Ağır Atletika Federasiyaları arasında bu məsələ ilə bağlı razılıq əldə olunubmuş. Razılığa əsasən, Kostova, Stoitsov və Kişkilov Azərbaycan millisinə qayıdacaqdı və Vanev onların işinə heç bir müdaxilə etməyəcəkdi. Lakin sonradan atletlər növbəti dəfə fikirlərini dəyişiblər. Onlar bu məsələnin dəqiqləşməsindən xəbər tutduqlarından, Bakıya qayıtmamaqda israrlı olduqları üçün vətənlərindən qaçıblar. 

Qeyd edək ki, hər 2 idmançının millimizlə müqaviləsi olduğundan hələ başqa komandanın şərəfini qoruya bilməzlər.

# 2604
avatar

Oxşar yazılar

Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15