ŞOK! APOEL Avroliqanın qrup mərhələsinə qələbəsiz yüksəldi
30 avqust 2013 13:29 (UTC +04:00)

ŞOK! APOEL Avroliqanın qrup mərhələsinə qələbəsiz yüksəldi

Kiprin APOEL klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinə heç bir oyunda qalib gəlmədən vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, bu klub 2013-2014-cü il mövsümünə Çempionlar Liqasının III təsnifat mərhələsindən başlayıb.

 

Əvvəlcə Sloveniya “Maribor”u ilə üz-üzə gələn APOEL ev oyunundan 1:1, səfər matçından 0:0 hesablı heç-heçə ilə ayrılıb. Məhz səfər qolu sayəsində “Maribor” Çempionlar Liqasının “pley-off” mərhələsinə yüksəlib. APOEL isə qaydalara əsasən, mübarizəni Avropa Liqasının “pley-off”unda davam etdirib. Rəqib isə Belçika “Zulte Varegem”i olub. İlk görüşdə heç-heçə qeydə alınıb - 1:1. Cavab qarşılaşmasında isə APOEL öz meydanında uduzub – 1:2. Lakin diskvalifikasiyaya məruz qalan Türkiyə “Fənərbağça”sını püşk nəticəsində məhz bu klub əvəzləyib.

 

Hətta eyni turnirdə mərhələ belə keçməyən Kipr təmsilçisindən fərqli olaraq, “Qarabağ” Avropa Liqasında 8 görüşündən 5-ini qələbə, 1-ini heç-heçə ilə başa vurub və 3 mərhələ adlayıb. Təmsilçimiz əvvəlcə Makedoniya “Metallurq”una hər iki oyunda qalib gəlib – 1:0. Ardından Polşa “Piast”ını evdə 2:1 hesabı ilə yenən baş məşqçi Qurban Qurbanovun komandası səfər oyununun əsas vaxtında 1:2 hesabı ilə uduzsa da, əlavə vaxtda bərabərlik qolunu vurub və daha bir mərhələ adlayıb. III təsnifat mərhələsində isə “Qarabağ” İsveç “Gefle”sinə evdə 1:0, səfərdə 2:0 hesabı ilə qalib gəlib. Komandamızın qarşısını isə Almaniya “Ayntraxt”ı kəsib – 2:1, 2:0.

 

Qeyd edək ki, APOEL ötən mövsüm Avropa Liqasının “pley-off” mərhələsində Azərbaycan çempionu “Neftçi”yə uduzaraq, mübarizəni dayandırıb – 1:1, 1:3.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar