Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində 3-cü turun görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ciddi sınaqla üzləşiblər.
Məmmədyarov ABŞ şahmatçısı Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan həmyerlimiz məğlub olaraq axırıncı pilləyə enib. Rəcəbov isə ağ fiqurlarla italiyalı Fabiano Karuananı sınağa çəkib. Bu görüş heç-heçə ilə nəticələnib – 0,5:0,5. İlk 2 turu qələbə ilə başa vuran norveçli dünya çempionu Maqnus Karlsen də rusiyalı Sergey Karyakinlə dueldən yarım xalla ayrılıb.
Maqnus Karlsen: “Debütdən sonra hər ikimiz nəticəyə oynayırdıq. Mürəkkəb oyun alınmışdı. Sona yaxın daha uğurlu gediş yox idi. Ona görə heç-heçə münasib nəticə oldu. Ardıcıl ikinci dəfə 6 saata yaxın mübarizə apardım. Bu partiyaya görə heç-heçə yaxşı nəticədir”.
Sergey Karyakin: “Yaxşı başlasam da, 17-ci gedişdən sonra təhlükələr başladı. Karlsen məni məğlubiyyətə sürükləyirdi. Onunla oyuna 5 saat hazırlaşmışdım. Bununla belə, oyun zamanı bəzi gedişləri edəndə çətinlik çəkdim. Heç-heçə normal nəticədir. Fikrimcə növbəti partiya haqda daha ciddi düşünmək lazımdır”.
Teymur Rəcəbov: “Nəzərə alsaq ki, keçirdiyim III partiyadan ikisində qaralarla oynamışam. Ümumi nəticə barədə düşünmürəm. Əsas öz oyunumdur. Nəticə barədə turnirin son günündə danışmaq olar. Karlsenlə oyuna necə hazırlaşacağam? Onunla oyuna Anand xüsusi hazırlaşmalıdır. Çünki onların dünya çempionluğu uğrunda matçları var. Mən hər zaman Karlsenə qarşı maksimum oyun nümayiş etdirməyə çalışmışam. Sadəcə hər zaman istədiyim alınmır. Hər halda unutmayaq ki, Maqnus da insandır. O da səhv edə bilər”.
Fabiano Karuana: “Qaralarla diqqətli oynamağa çalışdım. Müəyyən qədər alındı. İlk turda səhvə yol verdim və qələbəni əldən buraxdım. III turdan sonra nəticəmi qənaətbəxş sayıram. Maqnus Karlsenin liderliyinə gəldikdə, güclü şahmatçıdır. Sadəcə onu da dayandırmaq lazımdır. Daha yaxşı oynamaq və diqqətli hazırlaşmaq tələb olunur”.
Şəhriyar Məmmədyarov: “Hər şey yaxşı başladı. Debütdən sonra təhlükə yox idi. Sadəcə, risk etdim və sonu hamıya məlumdur. Gedişləri hesablamışdım və heç bir təhlükə görmürdüm. Mənasız risk hər şeyi məğlubiyyətə doğru apardı. Sona vəziyyət kritik oldu, artıq çıxış yolu yox idi”.
Hikaru Nakamura: “Normal partiya oldu. Karlsenə ötən gün məğlubiyyətdən sonra bəzi dəyişikliklər etdim. Vəzirlə düzgün oynadım və qazandım. Fikrimcə bu qələbə mənə çox lazım idi. Bununla belə ən çətin oyunların qarşıda olduğunu düşünürəm”.
Turnir cədvəli: Karlsen – 2,5 xal; Karyakin, Rəcəbov, Karuana, Nakamura – 1,5 xal; Məmmədyarov, – 0,5 xal.

Şəhriyar Məmmədyarov yenə uduzdu
Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22