Latviyanın paytaxtı Riqada keçirilən rapid üzrə Peşəkar Şahmatçılar Assosiasiyasının (AŞP) Kubokunda Azərbaycan təmsilçiləri ¼ finala yüksəliblər. Lent.az-ın məlumatına görə, 1/8 finalda Şəhriyar Məmmədyarov yerli qrossmeyster İqor Kovalenkonu yenib – 1,5:0,5.
Eyni nəticəni digər təmsilçimiz Teymur Rəcəbov əldə edib. O isə digər latviyalı Aleksey Şirovu yenib.
¼ finalda Məmmədyarovun rəqibi ukraynanın keçmiş dünya çempionu Ruslan Ponomaryov olacaq. Rəcəbov isə rusiyalı Peter Svidlerlə qarşılaşacaq.
Qeyd edək ki, AŞP Kubokuna sentyabrın 15-də yekun vurulacaq.