Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” turnirində VI tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, 3 görüşdən ikisində bərabərlik qeydə alınıb.
Fabiano Karuana иля Hikaru Nakamura, Teymur Rəcəbov isə Sergey Karyakinlə xalları yarı bölüb. Yeganə qələbəni Maqnus Karlsen həmyerlimiz Şəhriyar Məmmədyarov üzərində qazanıb.
VI turdan sonra Rəcəbovla Karlsen 3,5 xal toplayıb. Karuana, Karyakin və Nakamuranın 3, Məmmədyarovun isə 2 xalı var.