Sarkisyan post-patrul xidmətini gücləndirməyə göstəriş verdi
26 aprel 2016 05:57 (UTC +04:00)

Sarkisyan post-patrul xidmətini gücləndirməyə göstəriş verdi

Ermənistan prezidenti Serj Sarkisyan post-patrul xidmətinin gücləndirilməsinə dair göstəriş verib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin rəsmi nümayəndəsi Vladimir Akopyan bildirib.

 

Akopyanın sözlərinə görə, Sarkisyan ictimaiyyəti yoxlanılmamış məlumatları yaymaqdan çəkinməyə çağırıb.  

 

İnsident barədə məlumat 21.51-də (Bakı vaxtı ilə eynidir) daxil olub.  Avtobusun Alabyan küçəsində partladığı bildirilir. Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

Partlayışın avtobusda quraşdırılmış partladıcı qurğunun işə düşməsi səbəbindən baş verdiyi istisna olunmur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar