San-Marinoda Bakı -2015 Avropa Oyunları ilə bağlı təqdimat keçirilib
18 may 2013 19:37 (UTC +04:00)

San-Marinoda Bakı -2015 Avropa Oyunları ilə bağlı təqdimat keçirilib

Mayın 16-18-də San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Forumu keçirilib. Lent.az xəbər verir ki, tədbirdə Avropa Olimpiya Komitəsinə üzv olan Milli Olimpiya Komitələrinin nümayəndə heyətləri iştirak edib.

Üç gün davam edən seminar və forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva təmsil edib.

K. Nurullayeva seminarda Bakı - 2015 layihəsi haqda geniş məlumat verib və Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğunu vurğulayıb.

Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-nin Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos tədbirdə təmsil olunan Milli Olimpiya Komitələri qarşısında ötən ayın sonunda Komissiyanın Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat verib.

# 494
avatar

Oxşar yazılar