Səbuhi Rəcəb Vaqif oğlu “Azərbaycan Sambo Federasiyası” İctimai Birliyinin İcraiyyə Komitəsinin qərarı ilə döyüş sambosu üzrə vitse-prezident seçilib. Lent.az-ın məlumatına görə, qərar birliyin İcraiyyə Komitəsinin xüsusi iclasında açıqlanıb. Tədbirdə iştirak edən Sambo Federasiyasının İcraiyyə Komitəsinin üzvləri yekdilliklə Səbuhi Rəcəb Vaqif oğlunun döyüş sambosu üzrə vitse-prezident seçilməsinin lehinə səs veriblər. Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Səbuhi Rəcəbi federasiyanın nümayəndələrinə təqdim edərək ona yeni vəzifəsində uğurlar arzulayıb.
Qeyd edək ki, Səbuhi Rəcəb Vaqif oğlu 1982 –ci il oktyabrın 20-də Bakıda doğulub. İxtisasca hüquqşünasdır. Uzun müddət Konstitusiya Məhkəməsində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2013-cu ildə “12 MAY” MMC-ni təsis edib.
Ailəlidir, dörd övladı var.