Şahmatçımız Avropa çempionatında erməniyə qalib gəldi
Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında IX turun matçları başa çatıb. ONA-nın məlumatına görə, oyunlar Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb.
Təmsilçilərimizdən 4-ü çıxışını qələbə ilə bitirib, 2-si heç-heçə oynayıb. Eltac Səfərli ermənistanlı Manuel Petrosyanı məğlub edib. O, bu qələbə sayəsində 55-ci yerə yüksəlib. Rauf Məmmədov, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli də turu 1 xalla başa vurub.
Avropa çempionatı
IX tur
Eltac Səfərli (2662) – Manuel Petrosyan (Ermənistan, 2564) - 1:0
Rauf Məmmədov (2701) – Konstantinos Meqalios (Yunanıstan, 2416) - 1:0
Viktor Matvişen (Ukrayna, 2490) - Kənan Qarayev (2368) – 1:0
Duşan Radovanoviç (Serbiya) - Məhəmməd Muradlı (2444) - 0:1
Luja Osmak (Ukrayna, 2399) - Ülvi Sadıqov (2488) - 0,5:0,5
Cahandar Azadəliyev (1863) - Lidiya Tomaşevskaya (Rusiya, 2112) - 0,5:0,5
Metodi Stoynev (Bolqarıstan) - Abdulla Qədimbəyli (2404) – 0:1
Turnir cədvəli: 1. Kasper Piorun (Polşa), 2. Maksim Rotşteyn (İsrail), 3. Vladislav Artemiyev (Rusiya) - hamısı 7 xal, ...55. Eltac Səfərli - 6, ...124. Rauf Məmmədov -5, ...189. Məhəmməd Muradlı, ....204. Ülvi Sadıqov – 4,5, ...236. Kənan Qarayev, ...248. Abdulla Qədimbəyli – 4, ...355. Cahandar Azadəliyev - 3.
Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.
883