Sabiq baş məşqçi klubsuz qalıb
01 aprel 2019 17:51 (UTC +04:00)

Sabiq baş məşqçi klubsuz qalıb

0
İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklaren yenidən işsiz qalıb.
 
ONA-nın məlumatına görə, tanınmış mütəxəssis İngiltərənin “Kuins Park Reyncers” klubunun çalışdırıcısı postundan kənarlaşdırılıb.
 
2018-ci ilin mayında London təmsilçisi ilə 2 illik müqavilə imzalayan S.Maklaren bu müddəti yarılamağa müyəssər olmayıb. Onun yetirmələri Çempionşipdə uğursuz çıxış etdiyindən mütəxəssislə yollar ayrılıb.
 
KPR S.Maklarenin rəhbərliyi altında 16 qələbə qazanıb, 9 heç-heçə edib və 21 dəfə uduzub. Hazırda paytaxt təmsilçisi 17-ci pillədə qərarlaşıb
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1098

Oxşar yazılar